23 
Iyl
2026
11:12
187

Marneulidə həyat yoldaşını və anasını bıçaqlayan şəxs saxlanıldı - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları ailə üzvünə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmək ittihamı ilə bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində baş vermiş mübahisə zamanı həyat yoldaşına soyuq silahla xəsarətlər yetirib.

Məlumata görə, qarşıdurma zamanı təqsirləndirilən şəxsin anası da xəsarət alıb.

Yaralılar tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə aparılan istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsi saxlayıblar. Cinayətin törədilməsində istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima, 117-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Bu maddə 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın