20 
Iyl
2026
16:28
163

Marneulidə Beynəlxalq Şahmat Günü münasibətilə rapid turniri keçirilib

Marneulidə yerləşən Tea House-da təşkil olunan Şahmat Festivalı çərçivəsində 20 iyul – Beynəlxalq Şahmat Günü qeyd edilib.

InterPress.ge xəbər verir ki, rapid formatında keçirilən turnirdə 30 gənc şahmatçı iştirak edib. Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub.

Tədbir zamanı iştirakçılara Beynəlxalq Şahmat Gününün yaranma tarixi, əhəmiyyəti və şahmatın intellektual inkişafda oynadığı rol haqqında qısa məlumat verilib.

Gərgin mübarizə şəraitində keçən yarışın yekununda:

• I yer – Ayhan Əsgərov (6 xal)

• II yer – İbrahim Qarayev (5,5 xal)

• III yer – Onur Əsgərov (5 xal)

Qeyd edək ki, Şahmat Festivalı davam edir. Festival çərçivəsində 21 iyul tarixində iştirakçılar üçün Şahmat Tapmaca (Puzzle) Yarışı keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər