Kaxa Kaladze: Sağlam düşünən heç kəs söyüşü və insanların bir-birini təhqir etməsini bəyənmir
Tbilisi meri Kaxa Kaladze sosial şəbəkələrdə nifrət nitqinin yayılması ilə bağlı danışıb.
InterPress.ge xəbər verir ki, Kaladze jurnalistin sualını cavablandırarkən bildirib ki, sağlam düşünən heç kəs söyüşü və insanların bir-birini təhqir etməsini dəstəkləmir.
Onun sözlərinə görə, nifrət nitqi, cəmiyyətdə qütbləşmə, qarşıdurma yaratmaq cəhdləri və zorakı qrupların təşviqi xaricdən yönləndirilən proseslərdir və bu məqsədlə illər ərzində yüz milyonlarla dollar xərclənib.
"Tendensiyaya baxsaq görərik ki, nifrət dili, qütbləşmə, qarşıdurma yaratmaq cəhdləri, inqilabların təşkili, zorakı qrupların yaradılması və təşviqi kənardan bizə sırınıb. İllər boyu bunun üçün yüz milyonlarla dollar xərclənib", – deyə Kaladze bildirib.
Tbilisi meri qeyd edib ki, bu istiqamətdə fəaliyyət göstərən xüsusi qurum yaradılıb və onun işi zamanla nəticə verəcək.
"Sağlam düşünən heç kəs söyüşü, insanların bir-birini təhqir etməsini bəyənmir. Nifrət dili ünsiyyətin düzgün forması deyil. Kimsəni bəyənməyə və ya onun fəaliyyətini qəbul etməməyə bilərsiniz, lakin bu, həmin şəxsə fiziki və ya sözlü təhqir etməyə əsas vermir. Məhz buna görə bu istiqamətdə işləyən xüsusi xidmət yaradılıb. Bunun nəticə verməsi üçün müəyyən vaxt lazımdır, amma nəticə mütləq olacaq", – deyə Kaxa Kaladze vurğulayıb.


