11 
Iyl
2026
16:39
218

Yeniyetmənin bıçaqlanması və ailə üzvünə qarşı zorakılıqla bağlı 3 nəfər saxlanılıb

Telavidə yetkinlik yaşına çatmayan şəxsin bıçaqlanması və onun ailə üzvünə qarşı zorakılıq faktı ilə bağlı 3 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, Kaxeti Polis Departamentinin əməkdaşları qəsdən az ağır bədən xəsarəti yetirmə və zorakılıq ittihamı ilə üç nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər aralarında yaranmış mübahisə zəminində yetkinlik yaşına çatmayan şəxsə və onun ailə üzvünə fiziki zorakılıq tətbiq ediblər. Onlardan biri isə soyuq silahdan istifadə edərək yeniyetməyə xəsarət yetirib.

Yaralı yeniyetmə tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində şübhəliləri isti izlərlə saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 118-ci (qəsdən az ağır bədən xəsarəti yetirmə) və 126-cı (zorakılıq) maddələri ilə istintaq aparılır. Həmin maddələr 4 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər