Marneulidə Rustaveli küçəsində yol hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq – Tarixlər açıqlandı
Marneuli şəhərinin Rustaveli küçəsində su təchizatı sisteminin yenidən qurulması layihəsi çərçivəsində 11 iyul tarixindən etibarən işlərin yekun mərhələsinə başlanılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat verib.
Layihəyə əsasən A.Həsənov, X.Borçalı, A.Şaiq, N.Nərimanov I və II döngələri, Orbeliani və Algeti küçələrində yeni çəkilmiş kanalizasiya sistemi Rustaveli küçəsinin mərkəzi magistral xəttinə birləşdiriləcək.
İşlərin maneəsiz aparılması üçün nəqliyyatın hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. İşlərin xüsusiyyətinə uyğun olaraq, qeyd olunan küçələrlə yanaşı, sistemin Rustaveli küçəsinin mərkəzi magistralına qoşulduğu yol ayrıcı hissələri də müvəqqəti bağlanacaq.
Küçələrin bağlanma cədvəli:
🚧 1-ci mərhələ: A.Həsənov küçəsi – Rustaveli küçəsinə birləşmə
📅 11 iyul (saat 09:00-dan) – 16 iyul
🚧 2-ci mərhələ: X.Borçalı küçəsi – Rustaveli küçəsinə birləşmə
📅 17 iyul (saat 09:00-dan) – 22 iyul
🚧 3-cü mərhələ: A.Şaiq küçəsi – Rustaveli küçəsinə birləşmə
📅 23 iyul (saat 09:00-dan) – 29 iyul
🚧 4-cü mərhələ: N.Nərimanov və Orbeliani küçələri (məscid yaxınlığı) – Rustaveli küçəsinə birləşmə
📅 30 iyul (saat 09:00-dan) – 5 avqust
🚧 5-ci mərhələ: N.Nərimanov və Algeti küçələri (məscid yaxınlığı) – Rustaveli küçəsinə birləşmə
📅 6 avqust (saat 09:00-dan) – 12 avqust
🚧 6-cı mərhələ: N.Nərimanov II döngəsi – Rustaveli küçəsinə birləşmə
📅 13 avqust (saat 09:00-dan) – 18 avqust
🚧 7-ci mərhələ: N.Nərimanov I döngəsi – Rustaveli küçəsinə birləşmə
📅 19 avqust (saat 09:00-dan) – 24 avqust
Marneuli meriyasının məlumatına görə, məhdudiyyətlər tətbiq edilən müddətdə bütün təhlükəsizlik qaydalarına tam əməl olunacaq, işlər isə 24 saat fasiləsiz rejimdə aparılacaq.
Layihə "China Geo-Engineering Corporation" şirkəti tərəfindən "Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti" MMC və Asiya İnkişaf Bankının sifarişi ilə həyata keçirilir.
Marneuli Munisipaliteti yaranacaq narahatlığa görə sakinlərdən üzr istəyib.


