İran parlamentinin sədri ABŞ-a: Bizə zərbə endirsəniz, cavabını alacaqsınız
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa etməsindən sonra Vaşinqtona sərt xəbərdarlıq edib.
InterPress.ge xəbər verir ki, Qalibaf bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, ABŞ hələ də anlamayıb ki, təhdid və verilən vədlərin pozulması cavabsız qalmır.
“ABŞ hələ də öyrənməyib ki, hədə-qorxu gəlmək və vədləri pozmaq nəticəsiz qalmır. Əgər bizə zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız”, – deyə Qalibaf yazıb.
İran parlamentinin sədri əlavə edib ki, Hörmüz boğazı yalnız İranın müəyyən etdiyi şərtlərlə açılacaq.
“Mənasız şəkildə çırpınmayın, əks halda daha da dərinliyə batacaqsınız. Hörmüz boğazı yalnız İranın şərtləri ilə açılacaq, Amerikanın təhdidləri ilə yox”, – deyə o bildirib.
Xatırladaq ki, ABŞ bundan əvvəl İrana qarşı hərbi zərbələri yenidən başladığını açıqlamışdı.


