07 
Iyl
2026
19:29
184

Marneuli istiqamətində təbii qazın verilişi bərpa olunub

Gürcüstan Qaz Nəqli Şirkəti bildirib ki, Qırmızı Körpü – Tsalka – Axalkalaki magistral qaz kəmərinin 24,4-cü kilometrində yerləşən ölçü qovşağında aparılan reabilitasiya işləri uğurla başa çatdırılıb və bütün texniki, eləcə də təhlükəsizlik tələblərinə tam riayət olunub.

InterPress.ge xəbər verir ki, bunun nəticəsində ilk mərhələdə Kvemo Kartli istiqamətində təbii qazın verilişi bərpa edilib.

Şirkətin məlumatına görə, əhaliyə təbii qazın verilməsi müvafiq qazpaylayıcı şirkət tərəfindən mərhələli şəkildə həyata keçiriləcək.

Gürcüstan Qaz Nəqli Şirkəti qeyd edir ki, magistral qaz kəmərlərində və qazpaylayıcı stansiyalarda mütəmadi olaraq aparılan reabilitasiya işləri istehlakçıların təhlükəsiz, etibarlı və fasiləsiz qaz təchizatının təmin edilməsinə xidmət edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər