06 
Iyl
2026
16:16
170

Gürcüstanda güclü yağışlarla bağlı xəbərdarlıq

Gürcüstanın Milli Ətraf Mühit Agentliyi 6 iyulun günün ikinci yarısından 9 iyulun günorta saatlarınadək ölkənin şərq bölgələrində hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq yayıb.

InterPress.ge xəbər verir ki, proqnoza əsasən, Şərqi Gürcüstanda fasilələrlə yağış yağacaq, bəzi ərazilərdə yağıntılar güclü, Kaxeti bölgəsində isə çox güclü olacaq.

Agentliyin məlumatına görə, şimşək çaxması, dolu və güclü külək də gözlənilir.

Bildirilir ki, intensiv yağıntılar nəticəsində Şərqi Gürcüstanın çaylarında suyun səviyyəsi əhəmiyyətli dərəcədə arta, Kaxetidəki kiçik çaylarda sel baş verə, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və palçıq axınları yarana və ya aktivləşə bilər.

Milli Ətraf Mühit Agentliyi Kaxeti bölgəsində təhlükə səviyyəsini yüksək, ölkənin digər ərazilərində isə orta səviyyədə qiymətləndirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər

Bu qadağa təxirə salındı
06.07.2026 11:46
280