06 
Iyl
2026
11:46
208

Bu qadağa təxirə salındı

Gürcüstan hökuməti "Qida ilə təmas üçün nəzərdə tutulan plastik materiallar və məmulatlar haqqında" texniki reqlamentə dəyişiklik edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, ictimai iaşə obyektlərində birdəfəlik plastik qida qabları və plastik stəkanlardan istifadə etməklə hazır qidaların təqdim edilməsinin qadağası təxirə salınıb.

Yeni qərara əsasən:

  • Birdəfəlik plastik qida qablarının istifadəsinə qadağa 2027-ci il 1 yanvar tarixindən qüvvəyə minəcək;

  • Birdəfəlik plastik stəkanların istifadəsinə qadağa isə 2027-ci il 1 iyul tarixindən tətbiq olunacaq.

Qeyd edək ki, sözügedən dəyişiklik Gürcüstan hökumətinin 2022-ci il 8 iyun tarixli, №304 saylı qərarına edilən düzəliş çərçivəsində qəbul olunub.

Bizimlə əlaqə saxlayın