01 
Iyl
2026
11:40
141

Məktəb formaları bu ailələrin uşaqlarına pulsuz veriləcək

Gürcüstanda vahid məktəb formalarının qiyməti yaxın günlərdə müəyyənləşdiriləcək. Formanın qiyməti həm pencək, həm şalvar, həm də ətəklər üçün ayrıca təsdiqlənəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze məktəb formaları ilə bağlı danışarkən bildirib.

Nazirin sözlərinə görə, məktəb formalarının qiyməti özəl məktəblərdə istifadə olunan formalarla müqayisədə bir neçə dəfə ucuz olacaq.

“Yaxın günlərdə həm pencəklər, həm də şalvar və ətəklər üçün qiymətləri müəyyən edəcəyik. Tam məsuliyyətlə bildirirəm ki, bu qiymətlər özəl məktəblərin formalarının qiyməti ilə müqayisədə bir neçə dəfə aşağı olacaq”, – deyə Givi Mikanadze bildirib.

Nazir qeyd edib ki, Gürcüstanın Baş nazirinin qərarına əsasən, Səhiyyə Nazirliyi tərəfindən 65 000 və ya daha aşağı sosial reytinq balı ilə qiymətləndirilən və ibtidai sinifdə oxuyan övladı olan bütün ailələr məktəb formasını tamamilə ödənişsiz əldə edəcəklər.

Givi Mikanadzenin sözlərinə görə, ilkin məqsəd məktəb formalarının yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində istehsalı olub. Lakin bazar araşdırması və tender zamanı qalib gələn şirkət müqavilənin bağlanması üçün tələb olunan sənədləri tam şəkildə təqdim edə bilmədiyi üçün həmin prosedur baş tutmayıb.

“Qanunvericiliyin tələblərinə uyğun olaraq həmin bazar araşdırması nəticəsiz qaldı. Hazırda müqavilə bağladığımız şirkət Çində fəaliyyət göstərən, ən yüksək standartlara cavab verən və məktəb formalarının istehsalı üzrə bir nömrəli şirkətdir. Şirkətin rəhbəri artıq Gürcüstana gəlib. Bu gün onunla görüş keçirdik və həm məhsulun keyfiyyəti, həm də sifarişlərin vaxtında çatdırılması ilə bağlı tam təminat aldıq”, – deyə nazir vurğulayıb.

Bizimlə əlaqə saxlayın