Polis əməkdaşlarına hücum edən şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları İmereti bölgəsində polis əməkdaşlarına hücum etməkdə ittiham olunan bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxs cari ilin 26 iyun tarixində Zestafoni şəhərində polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən onları sözlə təhqir edib, həmçinin soyuq silahdan istifadə edərək öldürməklə hədələyib və nazirliyin balansında olan xidməti avtomobilə ziyan vurub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsi tərksilah edərək hadisə yerində təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353¹-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


