28 
Iyn
2026
15:01
155

Rustavidə avtomobillərdən oğurluq edən 3 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları oğurluq ittihamı ilə əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan 3 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Rustavi şəhərində vətəndaşlara məxsus avtomobillərdən müxtəlif ehtiyat hissələrini və bank kartlarını qanunsuz olaraq ələ keçiriblər.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxslərin kimliyini qısa müddətdə müəyyən edərək onları Rustavidə təqsirləndirilən şəxs qismində saxlayıblar. Oğurlanmış əşyalar isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır.

Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın