23 
Iyn
2026
23:10
32

Tbilisidə “Azərbaycan dili və mədəni irsimiz” adlı tədbir keçirilib

İyunun 23-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və “Maarif” təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan dili və mədəni irsimiz” adlı tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəfəq Binnətova, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fuad Çıraqov, eləcə də Marneuli, Bolnisi, Dmanisi, Qardabani və Laqodexi bələdiyyələri, həmçinin Rustavi və Tbilisi şəhərlərində fəaliyyət göstərən azərbaycandilli məktəblərin direktor və müəllimləri iştirak ediblər.

Tədbiri açan “Maarif” təşkilatının direktoru Aygül İsayeva ana dili ilə bağlı mövcud problemlərdən, eləcə də dövlət qurumlarına ünvanlanan müraciətlər nəticəsində həllini tapmış məsələlərdən danışaraq iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəfəq Binnətova və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fuad Çıraqov Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlara göstərdiyi dəstəyi vurğulayıblar.

Tədbir Arif Əliyev adına Faxralı 1 saylı ictimai məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatma Əliyevanın, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin ingilis dili müəllimi Rəqsanə Şıxıyevanın, Yuxarı Saral kənd ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tərgül Yusubovanın, Laqodexi bələdiyyəsinin Qabal 2 saylı ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zemfira Şabanovanın və digər iştirakçıların çıxışları ilə davam edib.

Tədbir çərçivəsində milli-mənəvi dəyərlərin gənc nəsil arasında fəal təbliğinə görə bir sıra təhsil işçiləri “Təşəkkürnamə” ilə təltif olunublar.

Təltif olunan şəxslər aşağıdakılardır:

• Ramazan Zimirov – Laqodexi bələdiyyəsinin Qabal 2 saylı ictimai məktəbinin direktoru və idman müəllimi;

• Musa Yusifli – Marneuli bələdiyyəsinin Böyük Muğanlı kənd ictimai məktəbinin direktoru;

• Musa Ömərov – Marneuli bələdiyyəsinin Alqet 1 saylı ictimai məktəbinin direktoru;

• Marvil Əmirov – Dmanisi bələdiyyəsinin Bəzəkli kənd ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi;

• Tərgül Yusubova – Marneuli bələdiyyəsinin Yuxarı Saral kənd ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi;

• Zemfira Şabanova – Laqodexi bələdiyyəsinin Qabal 2 saylı ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi;

• Tural Nəsibli – Marneuli şəhər 2 saylı ictimai məktəbinin riyaziyyat müəllimi.

Bizimlə əlaqə saxlayın