16 
Iyn
2026
11:34
58

Gürcüstanda miqrasiya reydləri: Son günlər 94 əcnəbi ölkədən deportasiya edilib

Gürcüstanda son günlər keçirilən miqrasiya tədbirləri çərçivəsində 94 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb. Deportasiya olunan şəxslərin Gürcüstana yenidən girişinə də qadağa qoyulub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində həyata keçirdikləri tədbirlər nəticəsində müxtəlif ölkələrin vətəndaşı olan 94 nəfəri Gürcüstandan deportasiya ediblər.

Nazirliyin açıqlamasına əsasən, deportasiya olunanlar arasında Türkiyə, Rusiya, Türkmənistan, Hindistan, Azərbaycan, Pakistan, Misir, Nigeriya, Çin, Özbəkistan, Əlcəzair, Banqladeş, İordaniya, Livan, Tacikistan və Uqanda vətəndaşları, eləcə də digər ölkələrin təmsilçiləri yer alıb.

Qeyd olunub ki, həyata keçirilən kompleks miqrasiya tədbirləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun aparılıb və ölkədən çıxarılan bütün şəxslərə Gürcüstan ərazisinə yenidən daxil olmaq qadağan edilib.

Daxili İşlər Nazirliyi vurğulayıb ki, qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər