15 
Iyn
2026
12:55
150

Gürcüstanda hava yenidən dəyişəcək

Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyunun 16-17-də ölkə ərazisində isti və əsasən yağıntısız hava şəraiti müşahidə olunacaq. Lakin iyunun 18-də hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, bəzi ərazilərdə isə dolu düşə biləcəyi proqnozlaşdırılır.

Məlumata əsasən, Tbilisidə gecə və axşam saatlarında qısamüddətli yağış və şimşək çaxacağı gözlənilir. Paytaxtda havanın temperaturu gündüz saatlarında +29, +31 dərəcə təşkil edəcək.

Sahil rayonlarında – Batumi, Kobuleti, Anaklia və Potidə iyunun 16-17-də isti və yağıntısız hava müşahidə olunacaq, 18 iyunda isə yağış yağacağı gözlənilir. Gündüz temperaturu +27, +29 dərəcə olacaq.

Qərbi Gürcüstanın düzənlik rayonlarında – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə də 16-17 iyunda hava isti və yağmursuz keçəcək. İyunun 18-də isə yağış gözlənilir. Havanın temperaturu +29, +31 dərəcə olacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında – Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti keçidində iyunun 16-17-də isti və yağıntısız hava olacaq, 18 iyunda isə yağış yağacaq. Temperatur +27, +29 dərəcə təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə – Mestia və Baxmaroda 16-17 iyunda hava əsasən açıq keçəcək, 18 iyunda isə yağış gözlənilir. Gündüz temperaturu +24, +26 dərəcə olacaq.

Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvali) bəzi yerlərdə qısamüddətli yağış və şimşək müşahidə olunacaq, dolu düşməsi ehtimalı da var. Temperatur +28, +30 dərəcə olacaq.

Kaxeti bölgəsində (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaro) də bəzi ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı proqnozlaşdırılır. Havanın temperaturu +28, +30 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti və Pasanauri) qısamüddətli yağış və şimşək, bəzi yerlərdə dolu gözlənilir. Temperatur +27, +29 dərəcə olacaq.

Yüksək dağlıq rayonlarda (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri (Post) və Omalo) isə bəzi yerlərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Bu ərazilərdə havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın