14 
Iyn
2026
15:06
179

İki nəfərin qətlə yetirilməsi faktı üzrə bir nəfər saxlanılıb

Xaşuridə baş verən ikili qətl hadisəsi ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Bildirilib ki, polis cinayəti "isti izlərlə" açaraq təqsirləndirilən şəxsi saxlayıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Şida Kartli Polis Departamentinin əməkdaşları iki nəfərə qarşı ağırlaşdırıcı şəraitdə törədilmiş qəsdən adam öldürmə faktı ilə bağlı əvvəllər məhkum olunmuş bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, əvvəllər mövcud olan mübahisə zəminində başlayan qarşıdurma zamanı Xaşuri şəhərində təqsirləndirilən şəxs odlu silahdan atəş açaraq iki nəfərə xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Nazirliyin məlumatına görə, hər iki kişi aldıqları güllə yaralarından hadisə yerində həyatını itirib.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxs isti izlərlə təqsirləndirilən şəxs qismində saxlanılıb. Polis cinayətin törədilməsində istifadə olunan silahı maddi sübut kimi götürüb", – deyə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın