14 
Iyn
2026
11:58
117

Tbilisidə iri həcmdə narkotik vasitələrlə bağlı 4 nəfər saxlanılıb – Onları ömürlük həbs cəzası gözləyir

Tbilisidə xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, realizasiyasına şərait yaradılması, eləcə də narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi və becərilməsi ittihamı ilə 4 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində tutulublar.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə təqsirləndirilən şəxslərin üzərində və yaşadıqları evlərdə aparılan axtarışlar zamanı, həmçinin müxtəlif ünvanlardan xüsusilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edərək maddi sübut kimi götürüblər.

Əməliyyat zamanı "Mefedron", "Metadon", "Alfa-PVP", "Ketamin", həmçinin narkotik tərkibli "Kannabis" bitkisi aşkarlanaraq götürülüb.

Bundan əlavə, istintaq hərəkətləri nəticəsində narkotik vasitələrin qablaşdırılması və kultivasiyası üçün istifadə olunan müxtəlif avadanlıq və materiallar da maddi sübut kimi müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı kvart və 265 prima maddələri ilə istintaq aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın