12 
Iyn
2026
11:04
115

Gürcüstanda ağır yük maşınlarına nəzarət gücləndiriləcək

Gürcüstanın infrastruktur naziri Revaz Soxadze bildirib ki, ölkənin magistral yollarında və avtomobil yollarında xüsusi tərəzilərin quraşdırılması planlaşdırılır.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın İnfrastruktur Nazirliyi yayıb. Revaz Soxadzenin sözlərinə görə, həmin xüsusi tərəzilər vasitəsilə ağır yük maşınlarının çəkisi qeydə alınacaq.

"Biz magistral yollarımızda xüsusi tərəzilərin quraşdırılması istiqamətində çalışırıq. Bu tərəzilər vasitəsilə ağır yük avtomobillərinin çəkisi müəyyən ediləcək. Çünki yollarımız üçün əsas problemlərdən biri normadan artıq yüklənmiş yük maşınlarının hərəkətidir və bu da yol örtüyünün zədələnməsinə səbəb olur", – deyə nazir bildirib.

Nazir qeyd edib ki, təşəbbüsün əsas məqsədi yol infrastrukturunun qorunması, normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkətinin qarşısının alınması və magistral yolların istismar müddətinin uzadılmasıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər