Gürcüstanda hava dəyişəcək
Yaxın günlərdə Gürcüstanda yüksək temperatur fonunda arabir qısamüddətli yağış və şimşək müşahidə olunacaq, bəzi ərazilərdə dolu düşməsi də mümkündür.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Sinoptiklərin proqnozuna görə, Tbilisidə gecə və axşam saatlarında qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə olacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) iyunun 9-10-da isti və əsasən yağmursuz hava şəraiti gözlənilir, iyunun 11-də isə yağış yağacaq. Gündüz temperaturu +25, +27 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) iyunun 9-10-da bəzi ərazilərdə, iyunun 11-də isə rayonların əksəriyyətində qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu +28, +30 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) bəzi yerlərdə qısamüddətli yağış və şimşək müşahidə olunacaq. Temperatur +26, +28 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) bəzi ərazilərdə qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur +21, +23 dərəcə olacaq.
Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali) bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Gündüz temperaturu +28, +30 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) bəzi ərazilərdə qısamüddətli yağış və şimşək müşahidə olunacaq. Havanın temperaturu +27, +29 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri) bəzi yerlərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Temperatur +25, +27 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri (Post), Omalo) bəzi ərazilərdə qısamüddətli yağış gözlənilir. Gündüz temperaturu +17, +19 dərəcə olacaq.


