Bu yay uşağınızın vaxtı telefonda yox, inkişafda keçsin!
Yay tətili uşaqlar üçün həm istirahət, həm də inkişaf dövrüdür. OXU Təhsil Mərkəzi “Telefonsuz Yay” devizi altında uşaqlar üçün bütün yay kurslarına qəbul elan edir.
InterPress.ge xəbər verir ki, OXU Təhsil Mərkəzində yay ayları ərzində uşaqların bilik və bacarıqlarının artırılması, onların vaxtlarını faydalı və maraqlı keçirmələri üçün müxtəlif istiqamətlər üzrə tədris proqramları təşkil olunacaq.
Mərkəzdə uşaqlar yaradıcılıqlarını inkişaf etdirəcək, yeni bilik və bacarıqlar əldə edəcək, yeni dostlar qazanacaq və yay tətilini səmərəli şəkildə keçirəcəklər.
OXU Təhsil Mərkəzində aşağıdakı kurslar fəaliyyət göstərir:
Məktəbəqədər hazırlıq, ingilis dili, gürcü dili, riyaziyyat, şahmat, proqramlaşdırma, robotexnika, ofis proqramları və digər tədris istiqamətləri.
Dərslər peşəkar müəllimlər tərəfindən, kiçik qruplarda və rahat tədris mühitində keçirilir.
📍 Ünvan: Marneuli Plazanın arxası (2-ci İrakli küçəsi, N1)
📞 Əlaqə: 555 68 46 35
OXU Təhsil Mərkəzi – inkişafın doğru ünvanı!


