03 
Iyn
2026
12:57
62

Rezo Kiknadze Xviça Kvaratsxeliyanı sərt tənqid etdi: “Təkcə qol vurmaq insanı yaxşı etmir”

Zorakılıq ittihamı ilə keçirilən aksiyalar zamanı saxlanılan Rezo Kiknadze UEFA Çempionlar Liqasının qalibi və mövsümün ən yaxşı futbolçusu seçilən Xviça Kvaratsxeliyanı tənqid edib.

InterPress.ge xəbər verir ki, Rezo Kiknadze həbsxanadan göndərdiyi məktubda Kvaratsxeliyanın komanda yoldaşı, rusiyalı qapıçı Matvey Safonovla birlikdə Çempionlar Liqasındakı qələbəni qeyd etməsini tənqid edərək, ona ukraynalı futbolçu İlya Zabarnıdan nümunə götürməyi tövsiyə edib.

Kiknadze Kvaratsxeliyanın ləyaqəti və prinsiplərini sual altına alaraq bildirib ki, vurulan qollar insanı avtomatik olaraq yaxşı insan etmir.

“Şərhçi dedi ki, ukraynalı Zabarnı məşq zamanı rusiyalı qapıçı Safonovla əl sıxmayıb. Bax, buna ləyaqət və prinsipiallıq deyilir. Xviça Kvaratsxeliya isə nəinki onunla əl sıxdı, hətta üstünə atılıb qucaqladı. Xviça, bilirsənmi Abxaziyanı və Samaçablonu kim bizdən aldı, ölkəmizi kim işğal etdi və bu qədər insanımızı kim qətlə yetirdi? Rusiyalıya, Putinin tərəfdarına və onun göstərişlərini yerinə yetirən birinə necə qucaq aça bilirsən? Ümumiyyətlə, öz vətəninin tarixini və bu gününü bilirsənmi? Ləyaqət və prinsiplər haqqında nəsə eşitmisən, yoxsa sənin üçün top qovalamaqdan başqa heç nəyin əhəmiyyəti yoxdur? Təkcə qol vurmaq insanı yaxşı etmir. Görünür, bunlardan xəbərin yoxdur, Zabarnıdan soruş, bəlkə sənə nəsə öyrədər.

P.S. Maraqlıdır, Kvara ilə Setanta arasında nə oxşarlıq var? Onların heç biri ‘ləyaqət’ sözünü axtarıb tapmayıb”, – Rezo Kiknadze həbsxanadan göndərdiyi məktubda yazıb.

Bizimlə əlaqə saxlayın