03 
Iyn
2026
10:48
106

Keçmiş həyat yoldaşını öldürməyə çalışan şəxs saxlanıldı

Tbilisidə ailə üzvünə qarşı törədilmiş qəsdən adam öldürməyə cəhd faktı üzrə bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhddə ittiham olunan şəxsi isti izlərlə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəlki münaqişə zəminində keçmiş həyat yoldaşına soyuq silahla bir neçə xəsarət yetirib.

Yaralanan qadın tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi hadisədən qısa müddət sonra saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 19-109-cu maddəsinin “k” bəndi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın