Gürcüstanda hava necə olacaq? – Qısamüddətli yağış və şimşək gözlənilir
Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, yaxın günlərdə ölkənin bəzi rayonlarında nisbətən isti hava şəraitində qısamüddətli yağış və şimşək müşahidə olunacaq.
InterPress.ge xəbər verir ki, sinoptiklərin proqnozuna əsasən, Tbilisidə axşam saatlarında qısamüddətli yağış və şimşək gözlənilir. Paytaxtda havanın temperaturu gündüz +23, +25 dərəcə olacaq.
Qərbi Gürcüstanın sahilyanı rayonlarında – Batumi, Kobuleti, Anakliya və Potidə iyunun 2-də yağış və şimşək proqnozlaşdırılır. Sonrakı günlərdə hava açılacaq və temperatur yüksələcək. Gündüz temperaturu +20, +25 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə iyunun 2-də yağış və şimşək gözlənilir. Daha sonra hava yaxşılaşacaq, temperatur isə +24, +29 dərəcəyə çatacaq.
Dağlıq rayonlarda – Ambrolauri, Oni, Saqeri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti keçidində bəzi yerlərdə qısamüddətli yağış və şimşək olacaq. Temperatur +19, +24 dərəcə arasında dəyişəcək.
Yüksək dağlıq ərazilərdə – Mestia və Baxmaroda bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu +14, +19 dərəcə olacaq.
Kartli bölgəsində – Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalidə bəzi yerlərdə qısamüddətli yağış və şimşək proqnozlaşdırılır. Gündüz temperaturu +21, +26 dərəcə olacaq.
Kaxeti bölgəsində – Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaroda da bəzi ərazilərdə qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur +20, +25 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında – Axalsixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə bəzi yerlərdə qısamüddətli yağış və şimşək olacaq. Temperatur +18, +23 dərəcə arasında dəyişəcək.
Yüksək dağlıq rayonlarda – Axalkalaki, Tsalka, Bakuriani, Qudauri (Post) və Omaloda isə bəzi yerlərdə qısamüddətli yağış gözlənilir. Havanın temperaturu gündüz saatlarında +12, +17 dərəcə olacaq.


