30 
May
2026
11:12
857

Tetritskaro (Ağbulaq) rayonunda bir nəfər güllələnib

Tetritskaro bələdiyyəsində kişi odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Hadisə ilə bağlı bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tetritskaro rayon idarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır xəsarət yetirmək və odlu silahı qanunsuz əldə edib gəzdirmək ittihamı ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxsi saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində baş vermiş qarşıdurma zamanı qeydiyyatsız odlu silahdan atəş açaraq tanışı olan kişini yaralayıb.

Yaralı tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Keçirilən istintaq tədbirləri nəticəsində şübhəli şəxs Tetritskaro bələdiyyəsində saxlanılıb. Cinayətin törədildiyi silah maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 236-cı maddələri ilə araşdırma aparılır. Həmin maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər