Faiq Quliyevin dəstəyi ilə Səməd Vurğunun tarixi avtomobili bərpa olundu - VİDEO
Azərbaycanın Xalq şairi Səməd Vurğundan xatirə qalan əşyalardan biri olan “Pobeda” markalı avtomobil illər sonra Gürcüstandan Azərbaycana gətirilərək bərpa olunub.
InterPress.ge xəbər verir ki, bu barədə azərbaycanlı professor İlham Gülməmmədov “İctimai” televiziyasına müsahibəsində məlumat verib.
Məlumata görə, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin dəstəyi ilə həyata keçirilən proses nəticəsində antikvar avtomobil Azərbaycana gətirilib və bərpa olunub.
Qazaxlı professor İlham Pirməmmədovun sözlərinə görə, məsələni ilk olaraq Səməd Vurğunun gəlini Nüşabə xanım gündəmə gətirib. O, Xalq şairinə məxsus “Pobeda” avtomobilinin Gürcüstanın Sadaxlı kəndində olduğunu bildirib.
Bundan sonra prosesə səfir Faiq Quliyev də qoşulub və onun dəstəyi ilə avtomobil Gürcüstandan Azərbaycana aparılıb.
Professorun sözlərinə görə, uzun illərdən sonra Azərbaycana qaytarılan avtomobil bərpa edilərək yenidən istifadəyə yararlı vəziyyətə gətirilib.
Ətraflı sujetdə:


