28 
May
2026
16:17
145

Kaxa Kaladze: Qoridə baş verən görüntülər çox ağır idi, lakin aidiyyəti qurumlar reaksiya verdi

Kaxa Kaladze Qoridə hüquq-mühafizə orqanlarının iki nəfərə qarşı tətbiq etdiyi fiziki zorakılıqla bağlı yayılan görüntülərin çox ağır olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, Tbilisi meri jurnalistlərə açıqlamasında qeyd edib ki, görüntüləri izləyən heç kim laqeyd qala bilməzdi.

“Fakt çox ağır izləniləcək görüntü idi. Kadrlara baxan heç kim laqeyd qala bilməzdi. Amma burada ikinci mühüm məsələ də var – aidiyyəti xidmət reaksiya verdi. Bu, qanun qarşısında hamının bərabər olduğunun daha bir təsdiqidir. Heç kimə qanunu pozmağa və buna göz yummağa imkan verilməyəcək”, – deyə Kaxa Kaladze bildirib.

O, müxalifətin hadisəni “sistemli cinayət” adlandırmasına da münasibət bildirib.

“Sistemli cinayətlər 2012-ci ilə qədər baş verirdi. Hamımız xatırlayırıq ki, Gürcüstanda vəziyyət necə idi və fərqli düşüncəyə malik insanlara münasibət necə idi. Xalq fərqi çox yaxşı görür”, – deyə Kaladze qeyd edib.

Xatırladaq ki, Qorinin Kombinat qəsəbəsində hüquq-mühafizə orqanlarının əməkdaşları Papuna Lotsulaşvili və onun dostuna fiziki zorakılıq tətbiq ediblər.

Hadisə ilə bağlı altı hüquq-mühafizə əməkdaşı saxlanılıb. Onlara Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsinin “b” bəndi ilə – zor tətbiq etməklə xidməti səlahiyyətləri aşmaq maddəsi ilə ittiham irəli sürüləcək. Həmin maddə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bununla yanaşı, Papuna Lotsulaşviliyə qarşı da Cinayət Məcəlləsinin polis əməkdaşına qarşı zorakılığı nəzərdə tutan 353-cü maddəsi ilə istintaq başladılıb.

Eyni zamanda, Gürcüstan Prokurorluğu polis əməkdaşlarının zor tətbiq etməklə səlahiyyət həddini aşması faktı üzrə araşdırma aparır.

Bizimlə əlaqə saxlayın