27 
May
2026
20:57
71

İrakli Kobaxidze müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib

İrakli Kobaxidze Gürcüstandakı müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri bildirib ki, müsəlmanlarla əsrlər boyu davam edən birgəyaşayış, qarşılıqlı ənənə və mədəniyyətə hörmət ölkənin güclü gələcəyinin təməlidir.

“Müsəlman həmvətənlərimizi xeyirxahlıq, qarşılıqlı dəstək və ümid bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Əsrlər boyu davam edən qardaşcasına birgəyaşayışımız, bir-birimizin ənənə və mədəniyyətinə hörmətimiz hər birimizin fəxr etdiyi sərvətdir və ölkəmizin güclü gələcəyi məhz bunun üzərində qurulur.

Bu gün ailələrinizdə olan bayram əhval-ruhiyyəsinə qoşulur, hər birinizə sülh, rifah və xoşbəxtlik arzulayıram”, – deyə baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər