Qoridə polis zorakılığı iddiası – vətəndaş baş verənləri danışdı
Qoridə polis əməkdaşları tərəfindən döyüldüyünü iddia edən vətəndaş baş verən hadisə ilə bağlı danışıb.
InterPress.ge xəbər verir ki, o, “Qartlis Ambebi”yə açıqlamasında özü və dostunun polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.
“Мən və dostumu çox döydülər. Maşını onun üstünə sürdülər və bundan sonra mübahisə başladı. Onu döydülər, mən isə kömək etməyə çalışırdım. O, işdən fasilədə çıxmışdı və piyada gedirdi. Soruşdu ki, niyə maşını üstümə sürürsünüz? Qışqırıq səsinə çıxdım. Sonra məni də bura gətirib döydülər – hamısı vururdu. Mən səbəbi bilmirəm, özləri də səbəbi bilmirdilər. Mən ayırmağa çalışırdım, vəziyyəti sakitləşdirirdim. Onları yerə yıxmışdılar və yenə də döyürdülər”, – deyə vətəndaş bildirib.


