Gürcüstandan 62 xarici ölkə vətəndaşı deportasiya edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 62 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, Miqrasiya Departamenti tərəfindən digər aidiyyəti qurumlarla sıx koordinasiya şəraitində kompleks tədbirlər həyata keçirilib.
Məlumata əsasən, deportasiya olunan şəxslər arasında Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Azərbaycan, Belarus, Nigeriya, Misir, Nepal, Rusiya, Cənubi Afrika Respublikası, Sudan, İordaniya və Filippin vətəndaşları da var.
Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərə Gürcüstana giriş qadağası tətbiq olunub.


