18 
May
2026
14:00
254

Milli Qida Agentliyi Marneulidə ehtimal olunan zəhərlənmə faktı ilə bağlı araşdırmaya başladı

Gürcüstanın Milli Qida Agentliyi Marneuli bələdiyyəsində baş verdiyi ehtimal olunan qida zəhərlənməsi faktı ilə bağlı araşdırmaya başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat yayıb. Bildirilib ki, agentliyə Marneuli bələdiyyəsində 6 nəfərin, o cümlədən bir uşağın qənnadı məhsulundan ehtimal olunan zəhərlənməsi ilə bağlı məlumat daxil olub.

Məlumata görə, məlumat daxil olan kimi agentliyin Kvemo Kartli departamenti araşdırmalara başlayıb.

“İnspeksiya qrupu vətəndaşın izahatına əsasən tortun alındığı obyektdə dövlət nəzarəti çərçivəsində plandankənar yoxlama keçirəcək”, – deyə məlumatda qeyd olunub.

Agentlik həmçinin bildirib ki, məsələ ilə bağlı Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi ilə koordinasiya aparılır və əlavə məlumat dəqiqləşdirildikdən sonra ictimaiyyətə təqdim olunacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər