24 
Iyn
2023
10:41
566

Moskvada antiterror əməliyyatı rejimi tətbiq edilib

Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

InterPress.ge TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsi məlumat yayıb.

“Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhəri, Moskva və Voronej vilayətləri ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib”, - komitədən bildirilib.

Qeyd edək ki, bu bölgələrdə antiterror əməliyyatı rejimi ilk dəfə olaraq tətbiq edilir.

Xatırladaq ki, antiterror əməliyyatı rejimi bir sıra tədbirlərin görülməsinə və müvəqqəti məhdudiyyətlərin tətbiqinə icazə verən hüquqi rejimdir. Bura sənədlərin yoxlanılması, ictimai asayişin mühafizəsinin gücləndirilməsi, telefon danışıqlarına nəzarət, mülkiyyət formasından asılı olmayaraq təşkilatlara məxsus avtonəqliyyat vasitələrindən istifadə, təhlükəli istehsalat müəssisələrinin fəaliyyətinin dayandırılması, rabitənin məhdudlaşdırılması, vətəndaşların müvəqqəti başqa yerlərə köçürülməsi, küçələrdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması daxildir. Bu rejim çərçivəsində silah və spirtli içkilərin satışı qadağan edilə bilər.

Bizimlə əlaqə saxlayın