15 
Apr
2022
09:40
682

Ermənistan Rusiyadan aldığı təbii qazın pulunu rublla ödəməyə başlayıb

Ermənistan artıq Rusiyadan aldığı təbii qaza görə ödənişləri rublla həyata keçirir.

InterPress.ge xəbər verir ki, bunu RBC-ya açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

“Son bir neçə ödəniş rublla olub, amma müvafiq məzənnə ilə. Qiymətləndirmə dollarla aparılır, lakin ödəniş rublla həyata keçirilir”, - deyə o, qeyd edib.

“Qazprom”un rəsmi nümayəndəsi isə Sergey Kupriyanov bildirib ki, Ermənistana "mavi yanacaq" tədarükü üzrə bir neçə illik müqavilə var, sənəd qazın pulunu rublla ödəməyə imkan verir və bu imkandan istifadə olunur.

Martın 31-də Rusiya prezidenti Vladimir Putin "qeyri-dost" ölkələrdən olan alıcıların qaz tədarükünə görə ödəniş etməsi üçün yeni qayda müəyyən edən fərman imzalayıb.

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan deyib ki, ölkəsi Rusiyaya qarşı sanksiyaları dəstəkləmir, lakin qazın rublla tədarükü ilə bağlı danışıqlar martın 23-dən bəri davam edir.

Bizimlə əlaqə saxlayın