05 
Apr
2021
23:05
726

Qabal kəndində qarşıdurma baş verib

Laqodexi Bələdiyyəsinin Qabal kəndində orta yaşlı bir kişi yaralanıb.

InterPress.ge xəbər verir ki, yerli sakinlərin dediyinə görə kəndlilər arasında qarşıdurma kənddə fəaliyyət göstərən restoranın yaxınlığında başlayıb.

Təcili yardım briqadası onu Laqodexidə "Arximed" klinikasına yerləşdirib. O, təcili əməliyyat olunacaq.

Hadisənin səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma faktını nəzərdə tutan 117- maddəsi ilə istintaq başladılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər