Hansı vəziyyətdə məhdudiyyətlərə ehtiyac qalmayacaq? - Xundadze açıqlama verdi
"Məhdudiyyətlərin sərtləşdirilməsi və ya yumşaldılması epidemiyadan, epidemiyanın gedişi isə bizim davranışımızdan asılıdır".
InterPress.ge xəbər verir ki, Gürcüstan Parlamentinin Səhiyyə və Sosial Məsələlər Komitəsinin sədri bu barədə açıqlama verib.
Dimitri Xundadzenin sözlərinə görə, aksiya ölkədəki epidemioloji vəziyyətin pisləşməsinə töhvə verir.
“Qaydalara əməl etsək, əlbətdə epidemiya çətinləşməyəcək və məhdudiyyətlərə ehtiyac qalmayacaq. Qaydalara riayət etməməyin formalarından biri aksiyadır, bu zaman fiziki məsafə qorunmur, bir çoxu maska taxmır, qaydalara əməl etmir. Ancaq etiraz etdikləri yerin özü vəziyyətin çətinləşməsinə kömək edir və hökuməti və epidemioloqları məhdudiyyətləri sərtləşdirməyə məcbur edir", - dedi İmedi TV-də Dimitri Xundadze.


