05 
Apr
2021
10:35
256

Rustavi Şəhər Şurası üzvünə xəsarət yetirdiyinə görə bir nəfər saxlanıldı

Rustavi Şəhər Şurası üzvünə xəsarət yetirdiyinə görə bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər Bölməsinin əməkdaşları isti təqib ilə aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində keçmişdə məhkum olmuş 1986-cı il təvəllüdlü N.T.-nı sağlamlığa qəsdən ağır zərər vurmaq ittihamı ilə saxladı.

İstintaq müəyyən etdi ki, bu il aprelin 4-də Rustavidə, yaşayış binasının həyətində təqsirləndirilən şəxs soyuq silahdan istifadə edərək qonşusu - 1978-ci il təvəllüdlü Q.M.-yə bıçaq xəsarəti yetirib və hadisə yerindən qaçıb. Yaralı kişi klinikaya aparılıb və müvafiq tibbi yardım alıb.

Sağlamlığa qəsdən ağır ziyan vurulması faktı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci hissəsi ilə araşdırılır.

Cinayət 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutur”, - deyilir DİN-in məlumatında.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər