Gürcüstanda həkim peyvənddən sonra həyatını itirdi
"Medkapital" klinikasının həkimi koronavirus peyvəndindən sonra vəfat edib.
InterPrss.ge xəbər verir ki, həkim ölümündən iki həftə əvvəl aşılanıb.
“Medkapital”da ölümün səbəbinin peyvənd olduğunu istisna ediblər.
Klinika nümayəndəsinin sözlərinə görə, həkim peyvənddən sonra heç bir problem yaşamayıb.
“Medkapital”ın ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi əlavə detallar barədə danışmaqdan imtina edib və həkimin “Çapidze adına Təcili Kardiologiya Mərkəzi”ndə öldüyünü söyləyib.
Yayılan məlumata görə, həkimin ürək-damar xəstəliyi olub.
Səhiyyə naziri Ekaterine Tikaradzenin sözlərinə görə, tənzimləyici qurum faktı araşdırır, lakin peyvəndlə ölüm arasında əlaqə bu mərhələdə qurulmayıb.
"Tənzimləmə qurumu hadisə yerindədir, araşdırma aparılır və detalları gələcəkdə biləcəyik, lakin ilkin araşdırma peyvəndlə ölüm arasındakı əlaqəni təsdiqləmir", - deyib Ekaterine Tikaradze


