30 
Mar
2021
11:07
922

Gürcüstanda koronavirusa yoluxma sayında artım müşahidə olundu

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 673 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 281 145 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 298 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 272 899 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 8 nəfər ölüb və ölənlərin ümumi sayı 3 773 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 30 751 test aparılmışdır. Bunlardan 23 361-i sürətli antigen testi, 7 390- u isə PCR testidir.

Bizimlə əlaqə saxlayın