Daxili İşlər Nazirliyi bəyanat yayır
"Gürcü Marşı" liderinin yaydığı foto və məlumat saxta xəbərdir.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Strateji Kommunikasiya Departamentindən bildirilib.
"Gürcü Marşı - Milli Hərəkat"ın lideri - Sandro Breqadze tərəfindən"Facebook" sosial şəbəkəsi vasitəsi ilə yayılmış foto və çağırış barədə ictimaiyyəti məlumatlandırmaq istəyirik. Sandro Breqadze, Azərbaycan bayraqları ilə ekskursiya qrupunu göstərən fotoşəkil yayımladı.
Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, Beridzenin yayılmadığı fokoşəkilin üzərində qeyd olunub:
"Bu yeni fotoda - azərbaycanlı tələbələrin Davit Qarecidə ekskursiyası çəkilib! Məbədlərin içində və xaricində silahlı ordu durur. Bütün bunlara cavab olaraq - hökumətimiz susur və yatır. Hökumət torpağı və suyu qorumadığı zaman, millət cilovu öz əlinə almağa və işğal olunmuş ərazini azad etmək məcburiyyətindədir".
Buna cavab olaraq isə DİN bəyanat yayır:
"Gürcü Marşı" liderinin yaydığı foto və məlumat həqiqətə uyğun deyil və "saxta xəbər" dir. Azərbaycanlı tələbələrin Davit Qareciyə ekskursiyaya getmələri yalandır. Sandro Breqadzenin paylaşımına əlavə etdiyi fotoya gəldikdə, bu, təxminən bir il əvvəl sərhəd xəttindən üç km məsafədə, Azərbaycan Respublikasının ərazisində, keçən il Prezident İlham Əliyev tərəfindən açılan Heydər Əliyev Qoruğunda çəkilmişdir və tədbirə Azərbaycan vətəndaşları qatılmışdır"- Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.


