17 
Mar
2021
15:18
489

Müxalifət nümayəndəsi təcavüz ittihamı ilə saxlandı

"Azad Gürcüstan"ın keçmiş üzvü Qoqi Culaia kirayədə yaşadığı tanışı qadına təcavüz edib.

Interpress.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayır.

"Patrul Polis Şöbəsinin Tbilis Baş İdarəsinin əməkdaşları keçirilmiş operativ və istintaq tədbirlər nəticəsində zorakılıq ittihamı ilə Tbilisdə anadan olan 1963 təvəllüdlü kişini saxladılar. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisdə kirayədə qaldığı bir tanışına - 1979-cu il təvəllüdlü A.D.-yə fiziki təcavüz edib.

Patrul polis məmurları, iş üzrə təcili istintaq tədbirləri nəticəsində, Q.C.-nı təqsirləndirilən şəxs kimi saxladı. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin şiddət tələb edən 126-cı maddəsinin birinci hissəsi ilə davam edir" - Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.

Bizimlə əlaqə saxlayın