10 
Fev
2021
08:54
422

"Yuventus"un prezidenti ilə "İnter"in baş məşqçisi bir-birlərini təhqir ediblər

Turin "Yuventus"u və Milan "İnter"i arasında İtaliya Kubokunun ikinci yarımfinal matçından sonra qarşıdurma olub.

InterPress.ge-nin məlumatına görə, bu barədə “Football Italia” bildirib.

Məlumata görə, hakimin final fitindən sonra Turin klubunun prezidenti Andrea Anyelli ilə "İnter"in baş məşqçisi Antonio Konte arasında münaqişə olub. Bildirilir ki, Turin klubunun rəhbəri rəqib komandanın məşqçisini təhqir edib. Qarşıdurmaya “Yuventus”un müdafiəçisi Leonardo Bonuççi də qoşulub.

"İnter"in baş məşqçisi Antonio Konte "Yuventus"un prezidenti Andrea Anyelli ilə aralarında yaranmış münaqişəni şərh edib.

"Yuventus” həqiqəti deməlidir. Düşünürəm ki, dördüncü hakim bütün matç boyu nələrin olduğunu eşidir və görürdü. Mənim fikrimcə, onlar daha çox nəzakətli olmalıdır. Kimlər ki, işləyir onlara daha çox idman ustalığı və hörmət lazımdır”, - deyə o “Rai 1”ə bildirib.

Qeyd edək ki, görüş 0:0 hesabı ilə qurtarıb. "Yuventus" birinci matçda 2:1 hesablı qələbə qazandığından İtaliya Kubokunun finalına çıxıb.

Bizimlə əlaqə saxlayın