06 
Fev
2021
13:40
373

Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti bərpa edildi

Beynəlxalq əhəmiyyətli Mçxeta-Stepancminda-Larsi avtomobil yolunun Qudauri (Posta) -Kobi hissəsində nəqliyyatın hərəkəti bərpa edildi.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Qudauri (Posta) -Kobi hissəsində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçquna qarşı qoruyucu tunellər vasitəsilə həyata keçiriləcəkdir.

Qoşqu, yarımqoşqu və 30 yerdən çox tutumu olan avtobusların hərəkəti birtərəfli qaydada həyata keçiriləcək. Hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcəkdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər