Ölkədə koronavirusla bağlı ən son statistika
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 602 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 261 620 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 569 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 252 815 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 11 nəfər ölüb və ölənlərin ümumi sayı 3 269 nəfər təşkil edib.
Qeyd edək ki, son 24 saat ərzində 18 335 test aparılmışdır. Bunlardan 10 591-i sürətli antigen testi, 7 744-ü isə PCR testidir.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


