22 
Yan
2021
13:29
7116

SON DƏQİQƏ! Bu şəhərlərdə bu tarixdən mağazalar və ticarət mərkəzləri açılır

"Mağazalar və ticarət mərkəzləri 1 fevraldan etibarən Tbilisi, Kutaisi və Rustavidə fəaliyyətini bərpa edəcəkdir".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir müavini Maia Çkitişvili Koordinasiya Şurasının iclasından sonra bildirib.

“1 fevraldan etibarən Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində bələdiyyə nəqliyyatı, məktəblər, mağazalar və ticarət obyektlərinin işi bərpa ediləcək. Mağazalar və ticarət mərkəzləri 1 fevraldan etibarən Tbilisi, Kutaisi və Rustavi şəhərlərində fəaliyyətini bərpa edəcəkdir. Məktəblərin və bələdiyyə nəqliyyatının bərpası 1 mart tarixinə planlaşdırılır. 15 fevraldandan bütün şəhərlərdə açıq və qapalı bazarlar açılacaq",- dedi Çkitişvili.

Bizimlə əlaqə saxlayın