İranın keçmiş ali lideri Ayətullah Əli Xameneinin dəfn mərasimi iyulun 9-da keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Reuters İranın dövlət mediasına istinadən məlumat yayıb.
Məlumata görə, mərhum ali liderin vida mərasimi iyulun 4-də Tehranda başlayacaq və iyulun 9-dək davam edəcək. Ayətullah Əli Xamenei doğulduğu Məşhəd şəhərində dəfn olunacaq.
Xatırladaq ki, İranın keçmiş ali lideri Ayətullah Əli Xamenei cari ilin 28 fevral tarixində ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində həlak olub.
