29 
Dek
2020
10:32
687

Saqareco Bələdiyyəsinin Muğanlı kəndində narkotik maddənin alınması və saxlanması faktı ilə əlaqədar bir nəfər saxlanıldı

Əməliyyat-istintaq tədbirləri nəticəsində Kaxeti Polis İdarəsinin əməkdaşları 1985-ci il təvəllüdlü A.S-nı külli miqdarda narkotikin qanunsuz alqı-satqısı ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

"Hüquq mühafizəçiləri A.S-nı Saqareco Bələdiyyəsinin Muğanlı kəndində saxladı. Şəxsi axtarışlar nəticəsində polis satış üçün nəzərdə tutulan 1 kilo narkotik maddə "eroin" ələ keçirdi.

Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "a" bəndi ilə qanunsuz olaraq çox miqdarda narkotik maddənin alınması və saxlanması faktı ilə bağlı istintaq aparılır.

Cinayət ən çox 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur", - Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər