28 
Dek
2020
18:24
1467

Baş nazir vətəndaşlara təşəkkür etdi

"Məhdudlaşdırıcı tədbirləri başa düşdüklərinə, yerinə yetirdiklərin və göstərdikləri dəstəyə görə hər bir vətəndaşa təşəkkür edirəm".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria Rustavi şəhərində "Kartli Tekstil" şirkətinin yeni müəssisəsinin açılışındakı çıxışı zamanı deyib.

Qiorqi Qaxarianın dediyinə görə, nə qədər çox insan maskadan istifadə edərsə, o qədər çox iş yeri qorunacaq və ölkə iqtisadiyyatı bir o qədər sürətlə bərpa olunacaq.

“Hər kəs əldə etdiyimiz uğurları görməlidir. Məsələn, son iki həftədə ibtidai hədəf məhdudiyyətləri nəticəsində infeksiyaların sayını stabilləşdirə bildik və onları aşağı saldıq. Hər bir vətəndaşa göstərdikləri dəstəyə görə, məhdudlaşdırıcı tədbirləri lazımınca başa düşdüyünə və həyata keçirdiyinə görə təşəkkür edirəm və bu gün gündə 1000-1500 yoluxmamız var, hansı ki, bu bir ay əvvəl beş minə yaxınlaşırdı. Hamımız sadə qaydalara əməl etmək və iş yerlərini qorumaq arasındakı əlaqəni anlamalıyıq. İnvestorlara təşəkkür etmək istəyirəm, bu gün başqa bir dövrdür. Koviddən sonrakı iqtisadiyyat tamamilə fərqli olacaq. Təəssüf ki, bir çox halda, Gürcüstanda başqa bir qitədən gələn hər hansı bir malı almaq daha asandır, nəinki qonşu küçədəki mağazadan bir şeyi onlayn almaq, buna görə həm hökumət, həm də biznes hər şeyi keyfiyyətli hala gətirməlidir",- dedi Qaxaria.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər