12 
Nybr
2026
11:02
48

Qonşusunu güllələyən şəxs saxlanılıb

Kaspi bələdiyyəsinin kəndlərindən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər yaralanıb. Hadisəni törətməkdə və odlu silahı qanunsuz əldə edib saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin Şida Kartli Polis Departamentinin Kaspi Rayon İdarəsinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəlini hadisədən dərhal sonra saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəllər baş vermiş münaqişə zəminində həmkəndlisini odlu silahdan atəş açaraq yaralayıb və hadisə yerindən qaçıb.

Yaralı kişi tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.

Polis cinayətin törədildiyi silahı maddi sübut kimi götürüb. Şübhəlinin yaşadığı evdə aparılan axtarış zamanı isə müxtəlif kalibrli patronlar və kiçikçaplı tüfəng aşkarlanaraq müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın