11 
Nybr
2026
21:51
401

Binada ər-arvad güllələnərək öldürülüb – Hadisə yerində polis işləyir

Tbilisidə, Kür çayının sol sahilində, Almaniya xəstəxanasının yaxınlığındakı yaşayış binasında iki nəfər qətlə yetirilib. İlkin məlumata görə, öldürülənlər ər-arvaddır.

InterPress.ge xəbər verir ki, bu barədə “İnterpressnews” məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə yerində patrul və kriminal polis əməkdaşları səfərbər olunub. Ərazi sarı lentlə əhatəyə alınıb, ekspert-kriminalistlər isə hadisə yerində araşdırma aparırlar.

Yerli sakinlərdən birinin verdiyi məlumata görə, ər-arvad binanın girişində, liftin yaxınlığında güllələniblər.

Hazırda hadisə yerində istintaq tədbirləri davam etdirilir. İlkin məlumata əsasən, qətldə şübhəli bilinən şəxs və ya şəxslər hələ saxlanılmayıb.

Daxili İşlər Nazirliyindən rəsmi məlumat əldə edildikdən sonra hadisənin digər təfərrüatları açıqlanacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər