Gürcüstanda dizelin qiyməti ucuzlaşıb – Böyük yanacaqdoldurma şəbəkələrində qiymətlər açıqlanıb
Gürcüstanda fəaliyyət göstərən bəzi brend yanacaqdoldurma məntəqələrində dizelin qiyməti son 5 gün ərzində orta hesabla 3–8 tetri ucuzlaşıb.
InterPress.ge xəbər verir ki, “BusinessPressNews” nəşri 7 noyabr tarixinin göstəriciləri ilə müqayisədə ölkənin iri yanacaq şəbəkələrində dizelin hazırkı qiymətlərini təqdim edib.
Gulf
G-Force Euro Dizel – 4,99 lari (dəyişməyib)
Euro Dizel – 4,93 lari (dəyişməyib)
Wissol
Eco Dizel – 4,99 lari (7 noyabrda 5,07 lari)
Euro Dizel – 4,94 lari (7 noyabrda 4,98 lari)
SOCAR
Euro 5 Dizel – 4,85 lari (7 noyabrda 4,90 lari)
Nano Euro 5 Dizel – 4,90 lari (7 noyabrda 4,96 lari)
Rompetrol
Efix Euro Dizel – 4,99 lari (7 noyabrda 5,04 lari)
Euro Dizel – 4,94 lari (7 noyabrda 4,97 lari)
Portal
Euro Dizel – 4,89 lari (7 noyabrda 4,94 lari)
Effektiv Dizel – 4,79 lari (7 noyabrda 4,84 lari)
Nəşrin məlumatına görə, bir neçə ay davam edən bahalaşmadan sonra noyabr ayında dövlətin yanacaq, o cümlədən dizel yanacağı üzrə satınalma qiyməti də ucuzlaşıb. Bu barədə Dövlət Satınalmaları Agentliyinin saytında dərc olunan konsolidə edilmiş tenderin nəticələrində məlumat verilib.
Qiymətlərin azalmasının əsas səbəbi oktyabr ayında “Platts” göstəricisinə əsasən dizelin orta dəyərinin aşağı düşməsi olub. Belə ki, cari ilin sentyabr ayında dizelin bir tonunun orta qiyməti 1 494,98 ABŞ dolları təşkil etdiyi halda, oktyabr ayında bu göstərici 1 427,48 ABŞ dollarına enib.
Qeyd edək ki, Gürcüstanda yanacağın pərakəndə satış qiyməti “Platts” göstəriciləri əsasında müəyyən edilir.


