31 
Iyl
2026
11:45
99

Kafedə iki nəfəri bıçaqlayan şəxs saxlanıldı

Qori şəhərində fəaliyyət göstərən kafelərdən birində baş verən bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanılıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Şida Kartli Polis Departamentinin Qori Rayon İdarəsinin əməkdaşları sağlamlığa qəsdən yüngül xəsarət yetirmək ittihamı ilə bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, cari ilin 30 iyul tarixində təqsirləndirilən şəxs Qoridə yerləşən kafelərdən birində mübahisə zəminində başlayan münaqişə zamanı iki nəfərə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs "isti izlərlə" saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə aparılır. Həmin maddə sağlamlığa qəsdən yüngül xəsarət yetirməni nəzərdə tutur və 5 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.

Bizimlə əlaqə saxlayın